• Bakı 18° C

    1.25 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Yəmənə endirilən zərbə nəticəsində Rusiya vətəndaşları yaralanıb

DÜNYA

26 Aprel 2025 | 23:30

Yəmənə endirilən zərbə nəticəsində Rusiya vətəndaşları yaralanıb

ABŞ-nin Yəmənin Ras-İsa limanına endirdiyi zərbələr nəticəsində üç Rusiya vətəndaşı yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Ənsar Allah” hərəkatının Sənada yaratdığı hökumətin xarici işlər və mühacirlər naziri Camal Əmir “X” sosial şəbəkəsində bildirib.

“Dünən Amerikanın reydləri Ras-İsa limanında neft yükünün boşaldılmasının qarşısını almağa yönəlib. Nəticədə Rusiya vətəndaşı olan üç dənizçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar - Roman Kaşpor, İqor Kazaçenko və Artem Vanindir”, - deyə o əlavə edib.

Nəşrdə gəminin hansı bayraq altında üzdüyü və Rusiya neftini daşıyıb-daşımadığı göstərilmir.


SON XƏBƏRLƏR

26 Aprel 2025