• Bakı 15° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

ABŞ-İran danışıqlarının vaxtı və yeri AÇIQLANDI

DÜNYA

26 Aprel 2025 | 18:51

ABŞ-İran danışıqlarının vaxtı və yeri AÇIQLANDI

ABŞ və İran arasında danışıqlar gələn həftə davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə danışıqlar prosesində vasitəçi kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi "X" sosial şəbəkəsində bildirib.

"ABŞ və İran arasında bugünkü danışıqlar qarşılıqlı hörmət və öhdəliklərə əsaslanan razılaşma əldə etmək üçün ortaq istəyi üzə çıxardı. Əsas prinsiplər, məqsədlər və texniki məsələlər müzakirə edilib. Danışıqlar gələn həftə davam etdiriləcək və daha bir yüksək səviyyəli görüş şərti olaraq mayın 3-nə planlaşdırılıb", - nazir yazıb.


SON XƏBƏRLƏR

26 Aprel 2025