• Bakı 16° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edib - FOTO

SİYASƏT

26 Aprel 2025 | 19:06

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edib - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Dəfn mərasimi aprelin 26-da Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib. Dünya dövlətlərinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
    Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Pietro Parolin və Müqəddəs Taxt Taçın Arxiepiskopu Paul Qalager ilə görüşərək, Azərbaycan Respublikasının Prezindenti İlham Əliyev adından başsağlığını çatdırıb.


    SON XƏBƏRLƏR

    26 Aprel 2025