• Bakı 17° C

    2.2 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

"14 yaşlı qız yeddi aylıq hamilədir" - Kəmalə Ağazadə

CƏMİYYƏT

26 Aprel 2025 | 15:06

14 yaşlı qız yeddi aylıq hamilədir - Kəmalə Ağazadə

Sığınacağa yerləşdirilən yeniyetmələrdən biri, 14 yaşlı qız, yeddi aylıq hamilədir".

Bakıvaxtı.az xəbər verir ki, bu məlumatı Oxu.Az-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin (AUİB) sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, sığınacağa yerləşdirilən uşaqların yaş qrupları fərqlidir.

"Mart ayından sığınacağa qızlı-oğlanlı, ümumilikdə, 25 nəfərə yaxın uşaq və yeniyetmə yerləşdirilib. Yaş qrupları müxtəlifdir. 14 də var, 16 da, 17 də. Bu uşaqlar arasında seksual hərəkətlərə təhrik edilən, cinsi və fiziki zorakılığa məruz qalan, hətta hazırda hamilə olanı belə var.

Hamilə olan qızın 14 yaşı var, hamiləliyin yeddinci ayındadır. Yaşı az olduğuna görə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qeydiyyata salmışıq, vəziyyəti tam nəzarətə götürülüb, müalicəsi aparılır.

Əlbəttə ki, bu faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və uşaqlarla psixoloqlar məşğul olurlar", - deyə K.Ağazadə bildirib.


SON XƏBƏRLƏR