Qlazqonun "Seltik" klubu vaxtından əvvəl Şotlandiya çempionu elan edilib.
Bakıvaxtı.az xəbər verir ki, "Seltik" "Dandi Yunayted"i 5:0 hesabı ilə məğlub edib və çempionatın bitməsinə 4 tur qalmış birinci yeri təmin edib.
"Seltik" ikinci yerdə qərarlaşan "Qlazqo Reyncers"i 18 xal qabaqlayır.
Bundan əvvəl Brendan Rocersin rəhbərlik etdiyi komanda Şotlandiya Liqa Kubokunun da qalibi olub.
Bununla da "Seltik" 55-ci dəfə Şotlandiya çempionluğunu qazanıb.