• Bakı 17° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Kaya Kallas Ermənistan prezidenti ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

SİYASƏT

26 Aprel 2025 | 20:39

Kaya Kallas Ermənistan prezidenti ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

“Romada mən prezident Vaaqn Xaçaturyanla Ermənistana gözlənilən səfərimi müzakirə etdim”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

    O həmçinin Cənubi Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub.

    “Mən Aİ-nin əlaqələrin dərinləşdirilməsinə güclü sadiqliyini bir daha təsdiqlədim və Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda sülhün əldə olunması istiqamətində səylər barədə fikir mübadiləsi apardım.”, - diplomat bildirib.


    SON XƏBƏRLƏR

    26 Aprel 2025