• Bakı 17° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Husilər ABŞ-nin aviadaşıyıcısına hücum etdi

DÜNYA

26 Aprel 2025 | 20:38

Husilər ABŞ-nin aviadaşıyıcısına hücum etdi

“Ənsar Allah” üsyançı hərəkatından olan husilər Qırmızı dənizdə yerləşən ABŞ-nin “Harri Truman” aviadaşıyıcısına pilotsuz təyyarələrlə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu üsyançıların hərbi sözçüsü Yəhya Sariya husilərə məxsus “Al Masirah” telekanalının efirində bildirib.

"ABŞ-nin ölkəmizə qarşı hər gün davam edən təcavüzünə cavab olaraq Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri ABŞ-nin "Harri Truman" aviadaşıyıcısının rəhbərlik etdiyi hərbi gəmilərə qarşı birgə əməliyyat keçirib. Onlara Qırmızı dənizin şimalında bir neçə pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum edilib", - hərəkatın sözçüsü deyib.

Saria, həmçinin bildirib ki, üsyançı qüvvələr ABŞ-nin eskalasiyasına cavab verməyə hazırdır.

“Qırmızı və Ərəb dənizlərində hərbi əməliyyatlar Qəzzaya qarşı təcavüz bitənə və blokada götürülənə qədər davam edəcək”, - o əlavə edib.


SON XƏBƏRLƏR

26 Aprel 2025