• Bakı 16° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Qəzada ölən Kobenin forması rekord qiymətə SATILDI

İDMAN

26 Aprel 2025 | 19:03

Qəzada ölən Kobenin forması rekord qiymətə SATILDI

2020-ci ildə helikopter qəzasında 13 yaşlı qızı Gianna ilə birlikdə həyatını itirən Milli Basketbol Assosasiyası (NBA) təmsilçisi, "Los Anceles Leykers"in mərhum oyunçusu Kobe Brayantın geyindiyi ilk forma rekord qiymətə satılıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Röyters” yayıb.

Bildirilib ki, "Sotheby's" hərrac evi tərəfindən satışa çıxarılan forma 7 milyon dollara alınıb.

K.Brayant bu formanı 1996/1997 mövsümündə, 18 yaşında meydana çıxdığı ilk oyununda geyinmişdi.

Qeyd edək ki, bu, sabiq beysbolçu Beyb Rut, basketbolçu Maykl Cordan və argentinalı əfasanəvi futbolçu Dieqo Maradonanın formasından sonra satılan dördüncü ən bahalı idman geyimi olub.


SON XƏBƏRLƏR

26 Aprel 2025