Goranboyda 3 at oğurlayan qohumlara cəza verilib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, onlar Goranboy rayonu Borsunlu kəndində açıq sahəyə bağlanan və ümumi dəyəri 1800 manat olan 3 rəst atı oğurlayıblar.
Atı oğurlamaqda ittiham edilən şəxslər qohumdurlar. Zərərçəkmiş şəxs məhkəmədə ziyanın ödənildiyini bildirib və onlara yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə Bərdə sakinlərinə 2 il ev həbsi verilib.