• Bakı 18° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Qoz bağırsaq xərçəngindən qoruyur - gündəlik istifadə edin

CƏMİYYƏT

26 Aprel 2025 | 11:41

Qoz bağırsaq xərçəngindən qoruyur - gündəlik istifadə edin

Konnektikut Universitetinin amerikalı alimləri qozda güclü xərçəng əleyhinə xüsusiyyət və maddə aşkar ediblər.

Bakıvaxtı.az Medicina.az-a istinadən xəbər verir ki, bu məhsulun müntəzəm istifadəsi orqanizmdə iltihabi prosesləri yatırdığı və kolon xərçəngi riskini azaltdığı məlum olub.

Tədqiqat "Cancer Prevention Research" (CPR) elmi jurnalında dərc olunub.

Klinik təcrübə zamanı mütəxəssislər risk qrupundan olan 39 xəstəni müşahidə ediblər. İştirakçılar üç həftə ərzində nəzarət edilən pəhrizin bir hissəsi olaraq hər gün qoz yeyiblər. Nəticələr qanda iltihabi markerlərin əhəmiyyətli dərəcədə azaldığını göstərdi - 15-25%. Xüsusilə nəzərə çarpan təsir obez xəstələrdə müşahidə edilib.

Məlum olub ki, qozun tərkibindəki ellagitanninlər bağırsaq bakteriyalarının təsiri ilə güclü iltihab əleyhinə birləşmə olan urolitin A-ya çevrilir. Bu maddə təkcə iltihabı azaltmır, həm də xərçəng əleyhinə xüsusiyyətlərə malik olan YY peptidinin istehsalını təşviq edir.

"Bütün insanlar qoz-fındıqları eyni şəkildə həzm etmirlər. Ancaq gündə bir ovuc qoz bağırsaq sağlamlığını dəstəkləmək üçün sadə yol ola bilər", - deyə müəlliflər bildiriblər.

 

 


SON XƏBƏRLƏR

25 Aprel 2025