• Bakı 18° C

    2.77 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Dəniz kənarında inşa edilən qanunsuz tikili söküldü - VİDEO

CƏMİYYƏT

26 Aprel 2025 | 10:51

Dəniz kənarında inşa edilən qanunsuz tikili söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi dəniz kənarında inşa edilən qanunsuz tikilini söküb. 

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib. 

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi tərəfindən Sumqayıt-Novxanı avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində dəniz kənarında “Santo Mare” MMC tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


SON XƏBƏRLƏR

25 Aprel 2025