• Bakı 17° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

"Nissan" məhkəməyə verildi: Avtomobil hərəkətdə olarkən qapıları açılır

CƏMİYYƏT

26 Aprel 2025 | 10:00

Nissan məhkəməyə verildi: Avtomobil hərəkətdə olarkən qapıları açılır

ABŞ-də "Nissan" avtomobillərinin sahibləri məhkəmədə nəqliyyat vasitəsinin istehsalçısına qarşı kollektiv iddia qaldırıblar.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb kimi avtomobillərin qapı kilidlərində yaranmış qüsurlar göstərilir.

İddia 2013-2025-ci illərin "Altima", 2014-2025-ci illərin "Rogue" və 2013-2025-ci illərin "Sentra" modellərinə aiddir.

Avtomobil sahibləri şikayətlənirlər ki, sözügedən qüsur maşın hərəkətdə olarkən gözlənilmədən qapının açılmasına və ya qapının ümumiyyətlə açılmasının mümkünsüzlüyünə gətirib çıxarır.

 

 


SON XƏBƏRLƏR

25 Aprel 2025