• Bakı 19° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Bu gecə “El-Klasiko” var

İDMAN

26 Aprel 2025 | 09:15

Bu gecə “El-Klasiko” var

Bu gecə İspaniya Kral Kubokunun final oyununda “El-Klasiko” baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, əzəli rəqiblər “Barselona” və “Real Madrid” üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da, Sevilyada start götürəcək.

Bu, “Barselona” və “Real” arasında bu mövsüm üçüncü “El-Klasiko” olacaq. Kataloniyalılar əvvəlki iki qarşılaşmada qalib gəlib. Madrid klubu rəqibinə ötən ilin oktyabrında La Liqada 4:0, yanvarda keçirilən İspaniya Superkubokunun finalında isə 5:2 hesabı ilə məğlub olub.

Ümumilikdə İspaniyanın iki nəhəng klubu 259 matçda qarşılaşıb, “Real” 106, “Barselona” 102 dəfə meydandan qalib ayrılıb, 51 dəfə isə heç-heçə ediblər.


SON XƏBƏRLƏR

25 Aprel 2025