• Bakı 16° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

6,3 bal gücündə zəlzələ: 20 nəfər xəsarət aldı

DÜNYA

26 Aprel 2025 | 09:20

6,3 bal gücündə zəlzələ: 20 nəfər xəsarət aldı

Cənubi Amerika ölkəsi Ekvadorda zəlzələ olub.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, ötən gün baş verən 6,3 bal gücündə 35 kilometr dərinlikdə zəlzələdə 20 nəfər yaralanıb.

Qeyd olunub ki, təbii fəlakət Esmeraldas əyalətinin Eloy Alfaro, Atacames, Muisne, Quininde, Rio Verde və San Lorenzo şəhərlərində güclü hiss olunub.

Həmçinin 60 binada çatların yarandığını bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR