Suriyanın yeni rəhbəri Əhməd əş-Şara İsraillə münasibətlərin normallaşdırılmasında maraqlı olduqlarını bildirib.
Bakıvaxtı.az-ın Musavat.com-a istinadən məlumatına görə, O, bu barədə ABŞ konqresmeni Kori Mills ilə görüşdən sonra bəyan edib.
Mills Suriyaya həmkarı, konqresmen Marlin Ştutsmanla birlikdə səfər edib. Bu, Suriya eks-prezidenti Bəşər Əsədin devrilməsindən sonra ABŞ rəsmilərinin ölkəyə ilk rəsmi səfəri olub.
Görüş zamanı ABŞ tərəfi Suriyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılması və ya tam ləğv olunması üçün bir sıra şərtlər irəli sürüb. Onlardan biri də İsraillə münasibətlərin normallaşdırılmasıdır. Əl-Şaraa bu istiqamətdə müəyyən şərtlərlə irəliləməyə hazır olduqlarını deyib və vurğulayıb ki, Suriya "İbrahim Sazişləri"nə qoşulmaq imkanını nəzərdən keçirir.