• Bakı 17° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Roma Papası bu gün dəfn ediləcək - Məzarında yalnız...

DÜNYA

26 Aprel 2025 | 09:25

Roma Papası bu gün dəfn ediləcək - Məzarında yalnız...

Aprelin 21-də vəfat edən Roma Papası Fransisk bu gün dəfn ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, mərasim Romada yerləşən Santa Maria Maggiore kilsəsində keçiriləcək.

150 minə yaxın dindar Papa Fransisklə vidalaşmaq üçün aprelin 25-i cümə günü günorta saatlarında Romadakı Müqəddəs Pyotr Bazilikasına gəlib.

Vida mərasimindən sonra papanın cənazəsini daşıyan kortej Roma küçələri ilə hərəkət edəcək. Vatikanın açıqladığı siyahıya əsasən, dəfn mərasimində müxtəlif dövlətlərdən və beynəlxalq təşkilatlardan 160-dan çox nümayəndə heyəti iştirak edəcək.

Qonaqlar arasında ABŞ prezidenti Donald Tramp, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa prezidenti Emmanuel Makron və digər şəxslər var. Azərbaycanı Milli Məclisin spikeri Sahibə Qafarova təmsil edəcək. İtaliya mətbuatının məlumatına görə, mərasimdə 500 minə qədər adamın iştirakı gözlənilir.

Papa öz vəsiyyətində heç bir xüsusi bəzəkləri olmayan sadə bir məzarda dəfn edilməsini istəyib, dəfn yeri kimi Müqəddəs Pyotr Bazilikasını deyil, Santa Maria Maggiore Bazilikasını seçib. Məzar daşının üzərində yalnız bir söz olacaq: "Frencis".


SON XƏBƏRLƏR

25 Aprel 2025