• Bakı 19° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

"Windows"da yaranan sirli qovluq barədə XƏBƏRDARLIQ

MULTİMEDİA

26 Aprel 2025 | 10:08

Windowsda yaranan sirli qovluq barədə XƏBƏRDARLIQ

XDA ekspertləri "Windows" istifadəçilərinə yeni təhlükə barədə xəbərdarlıq ediblər.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə XDA nəşrinin rəsmi saytında məlumat verilib.

Ekspertlərin bildirdiyinə görə, hakerlər milyonlarla "Windows" istifadəçisinə zərərsiz görünən, lakin əslində təhlükəli olan boş qovluqlar vasitəsilə hücum edə bilərlər.

Məlumata əsasən, aprel ayının əvvəlindən bir çox istifadəçinin kompüterində gözlənilmədən "inetpub" adlı boş bir qovluq peyda olub. Sonradan "Microsoft" bu qovluğun təhlükəsizlik məqsədilə sistem tərəfindən yaradıldığını bəyan edib və onun silinməməsini tövsiyə edib.

Lakin kibertəhlükəsizlik üzrə tanınmış mütəxəssis Kevin Bomont bildirib ki, həmin qovluq hakerlər tərəfindən zərərli əmrlərin icrası və vacib təhlükəsizlik yeniləmələrinin qarşısının alınması üçün istifadə oluna bilər. Onun sözlərinə görə, bu vəziyyət "Windows" sistemlərinin müxtəlif hücumlara qarşı daha həssas olmasına səbəb ola bilər.

Bomont bu problemin ciddiliyi ilə bağlı "Microsoft" şirkətinə məlumat verdiyini, lakin hələlik heç bir cavab almadığını da qeyd edib.

XDA jurnalistləri xatırladıblar ki, "inetpub" qovluğu "Windows"un CVE-2025-21204 kodlu təhlükəsizlik yeniləməsi ilə əlaqədar yaradılıb. "Microsoft" bu qovluğun sistemin müdafiəsində mühüm rol oynadığını iddia etsə də, şirkətin məsələ ilə bağlı kifayət qədər şəffaf və aydın izah verməməsi həm kibertəhlükəsizlik mütəxəssisləri, həm də istifadəçilər arasında narahatlıq doğurub.


SON XƏBƏRLƏR

25 Aprel 2025