• Bakı 16° C

    9.49 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

Anroiddən xakerlər əleyhinə yeni xüsusiyyətlər

MULTİMEDİA

14 May 2025 | 17:19

Anroiddən xakerlər əleyhinə yeni xüsusiyyətlər

Google şirkəti Android 16 mobil əməliyyat sistemində tətbiq olunacaq bir sıra yeni təhlükəsizlik xüsusiyyətlərini təqdim edib.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, yeniləmə istifadəçilərin fırıldaqçılar və xakerlərdən müdafiəsini gücləndirmək məqsədi daşıyır. Əsas yeniliklərə Intrusion Logging sistemi daxildir - bu texnologiya cihazda baş verən hərəkətləri qeydə alaraq icazəsiz müdaxilə zamanı məlumatları qorunan yaddaşa ötürür.

Naməlum nömrələrlə zəng zamanı bank tətbiqlərinin məzmunu avtomatik gizlədilir. Zərərli tətbiq yükləmələrinin qarşısını almaq üçün brauzer və messencerlər üzərindən yükləmələrə məhdudiyyətlər qoyulur. Biometrik təsdiq və ya parol olmadan cihazın əsas ayarlarına giriş mümkün olmayacaq.

İbrahim Rzayev

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR