Azərbaycanda fəaliyyətə başlayan “Starlink Azerbaijan” MMC rəsmi olaraq uçota alınıb.
Bakıvaxtı.az xəbər verir ki, “APA-Economics”in əldə etdiyi məlumata görə, şirkət 4 iyun tarixində qeydiyyata alınıb.
Şirkətin müraciəti əsasında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçotun aparılmasını təmin edib.
"Starlink" Azərbaycanda peyk üzərindən yüksək sürətli internet xidməti göstərəcək.