• Bakı 31° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Ağ Evdəki mübahisədən sonra Zelenskinin ilk PAYLAŞIMI

DÜNYA

28 Fevral 2025 | 23:50 | Müəllif: Subhan Mahmudov

Ağ Evdəki mübahisədən sonra Zelenskinin ilk PAYLAŞIMI

Amerikaya təşəkkür edirəm, dəstəyə görə təşəkkür edirəm, bu səfərə görə təşəkkür edirəm. Konqresə və Amerika xalqına təşəkkür edirəm.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna lideri Vladimir Zelenski Prezident Donald Trampla Ağ Evdə uğursuz görüşdən və mübahisədən sonra yazıb.

“Ukraynaya ədalətli və davamlı sülh lazımdır və biz məhz bunun üçün çalışırıq”, - o bildirib.

Qeyd edək ki, Ağ Evdə bu gün baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə belə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026