• Bakı 22° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Aprelin 20-i Ukraynada atəşkəs tarixi OLACAQ - TƏKLİF 

DÜNYA

30 Mart 2025 | 20:55 | Müəllif: Əli Hüseynov

Aprelin 20-i Ukraynada atəşkəs tarixi OLACAQ - TƏKLİF

Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, o, ABŞ prezidenti Donald Trampa Ukraynada atəşkəs üçün mümkün tarix kimi aprelin 20-ni təyin etməyi təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Onun sözlərinə görə, aprelin 20-si heç bir şərt olmadan tam atəşkəs üçün yaxşı vaxt olardı.

Finlandiya lideri qeyd edib ki, o, bu tarixi Pasxa bayramının bu gündə qeyd olunacağı və o vaxta qədər Tramp üç ay ABŞ prezidenti vəzifəsini icra etmiş olacağı üçün təklif edib.

Qeyd edək ki, Stubb Floridada Trampla görüşüb və liderlər qolf oynayarkən ikitərəfli münasibətləri müzakirə ediblər.


Aprelin 20-i Ukraynada atəşkəs tarixi OLACAQ - TƏKLİF
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026