• Bakı C

    1.72 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Britaniyalı turist dünya turuna Azərbaycanı da daxil edib

DÜNYA

29 Aprel 2025 | 18:52

Britaniyalı turist dünya turuna Azərbaycanı da daxil edib

Böyük Britaniyadan olan turist Lyuk Daekin piyada Gürcüstan və Azərbaycana çatacaq, sonra isə bərə ilə Qazaxıstana getməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Indian Express" nəşri yazıb.

Qeyd olunub ki, o, Britaniyadan Vyetnama qədər yolu sponsor dəstəyi, müşayiət komandası olmadan və ictimai nəqliyyatdan istifadə etmədən qət etməyi planlaşdırır.

L.Daekin öz marşrutuna 2024-cü il sentyabrın 16-da başlayıb və hər hansı bir nəqliyyat vasitəsindən imtina edərək yalnız piyada hərəkət etməyi qərara alıb.

Bildirilib ki, yolun ilk 214 günündə o, Böyük Britaniya, Fransa, Belçika, Lüksemburq, Almaniya, Avstriya, Macarıstan, Serbiya, Bolqarıstan, Yunanıstan və Türkiyədən keçərək Avropanın üçdə ikisini qət edə bilib. Oradan Gürcüstan və Azərbaycanı keçərək, daha sonra Qazaxıstana gedəcək.

"Bu mərhələ ən çətin ola bilər - ucsuz-bucaqsız çöllər, infrastrukturun olmaması, su və qidaya məhdud çıxış hətta belə təcrübəli səyyah üçün də ciddi sınaq olacaq", - məqalədə qeyd olunub.

O, səyahətini Hanoyda tamamlamağı planlaşdırır.


SON XƏBƏRLƏR