• Bakı 10° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

İspaniyada elektrik kəsintisi səbəbindən 5 nəfər ölüb

DÜNYA

29 Aprel 2025 | 20:30

İspaniyada elektrik kəsintisi səbəbindən 5 nəfər ölüb

İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Məlumata görə, Orense əyalətində (Qalisiya muxtar icması) eyni ailənin üç üzvü dəm qazından boğularaq dünyasını dəyişib.

Həmçinin qeyd olunur ki, Valensiya muxtar icmasında süni nəfəs aparatına qoşulu olan bir qadın enerji kəsintisi nəticəsində oksigenin tükənməsi nəticəsində ölüb. Bundan əlavə, Madriddə şamın səbəb ola biləcəyi yanğında başqa bir qadın ölüb.


SON XƏBƏRLƏR

29 Aprel 2025