• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Yazıçı Müşfiq Xanın oğlu tapıldı -YENİLƏNİB 

CƏMİYYƏT

01 Mart 2025 | 07:02

Yazıçı Müşfiq Xanın oğlu tapıldı -YENİLƏNİB 

Yazıçı Müşfiq Xanın oğlu tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yazıçı sosial mediada məlumat yayıb. O, oğlunun harda tapılması barədə açıqlama verməyib.

Qeyd edək ki, yazıçı Müşfiq Xan sosial mediada oğlu Füzuli Fərziyevi axtardığı barədə elan yazmışdı. Onun yazdığına görə, oğlu dünən 16:15 radələrində metronun "Avtovağzal" stansiyasında olub: "Sonra hara getdiyi haqqında məlumat yoxdur".

DİN-in Mətbuat Xidmətindən yazıçının övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görüldüyü bildirilmişdi.

***

28.02.2025

19:44

Yazıçı Müşfiq Xanın övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

 Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirilib.

Onun sözlərinə görə, axtarış elan edilib, yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, Müşfiq Xanın oğlu Füzuli Fərziyevin bu gün 16:15 radələrində metronun "Avtovağzal" stansiyasında olub. Sonra hara getdiyi haqqında məlumat yoxdur. Telefon yoxdur üstündə.

Onu görənlərdən aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur:

0502431453, 0557166373


SON XƏBƏRLƏR

28 Fevral 2025