• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət etməliyik?

CƏMİYYƏT

01 Mart 2025 | 10:35

Sürücülərin nəzərinə: Mühərrik yağı seçərkən nələrə diqqət etməliyik?

Mühərrik yağı seçərkən avtomobil istehsalçısı tərəfindən tövsiyə olunan xüsusiyyətlərə diqqət yetirmək lazımdır.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta"ya "Sintec Lubricants" texniki ekspertiza mərkəzinin rəhbəri Roman Sokuyev məlumat verib.

"Servis kitabçasında avtomobil istehsalçısı müəyyən bir avtomobildə hansı mühərrik yağının istifadə edilməsinin tövsiyə olunduğunu qeyd edir. Əslində, bu, marketinq hiyləsidir", - deyə ekspert bildirib.

Onun sözlərinə görə, servis kitabçasında yağın xassələrinin səviyyəsinə dair əsas tələblər də göstərilib: avtomobil istehsalçısının tövsiyəsi, müxtəlif beynəlxalq təsnifatların istismar kateqoriyası.

Sokuyev, həmçinin qeyd edib ki, mühərrik yağı seçərkən avtomobil istehsalçısının təklif etdiyi xüsusiyyətlərə və tövsiyələrə riayət etmək lazımdır. Eyni zamanda, mütəxəssis ölkədə rəsmi fəaliyyət göstərən əsas brendlərin mağazalarından yağ almağı məsləhət görüb.

 

 


SON XƏBƏRLƏR

28 Fevral 2025