• Bakı C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Bayramov pakistanlı həmkarı ilə danışdı

SİYASƏT

01 Mart 2025 | 11:20

Bayramov pakistanlı həmkarı ilə danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, Nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.

Bununla yanaşı, iki ölkə liderləri arasında yüksəksəviyyəli təmaslar, habelə Pakistan Baş nazirinin ölkəmizə sonuncu səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

28 Fevral 2025