Azərbaycan Basketbol Liqasında XV tura bu gün yekun vurulacaq.
Bakıvaxtı.az xəbər verir ki, sonuncu oyunda "Şəki" "Lənkəran"ı qəbul edəcək.
Şəki Olimpiya İdman Kompleksində keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.
Meydan sahibləri B qrupunda 24 xalla üçüncü, qonaqlar 17 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, XV turun daha əvvəl baş tutan görüşlərində “Neftçi” “Abşeron”u 80:56, "Ordu" "Quba"nı 103:68, “Gəncə” “Sumqayıt”ı 90:81, “Sərhədçi” NTD-ni 84:83, "Naxçıvan" isə "Sabah"ı 85:82 hesabı ilə məğlub edib.