• Bakı 12° C

    2.09 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

FIFA prezidenti: "Tramp məndən Rusiya xahişi etməyib"

İDMAN

01 Mart 2025 | 16:13

FIFA prezidenti: Tramp məndən Rusiya xahişi etməyib

"Donald Tramp məndən Rusiya millisinin 2026-cı il dünya çempionatında iştirakına icazə verməyimi xahiş etməyib".

Bakıvaxtı.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampla görüşü barədə danışarkən deyib.

55 yaşlı funksioner futboldan daha vacib mövzuların olduğunu bildirib: "Düşünürəm ki, sülh danışıqları gedərkən futbol vacib mövzu olmamalıdır. Amma istəyimiz mundialda bütün ölkələrin olmasıdır".

Qeyd edək ki, Rusiya Ukrayna ərazilərini işğal etdiyi üçün 2022-ci ilin fevralında FIFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. DÇ-2026-nın ev sahibləri ABŞ, Meksika və Kanada olacaq.


SON XƏBƏRLƏR