• Bakı -0° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Roma Papasının son durumu açıqlandı

DÜNYA

01 Mart 2025 | 16:32

Roma Papasının son durumu açıqlandı

Roma Papası Fransisk ötən gün keçirdiyi yeni tənəffüs tutmasından (bronxospazm) sonra oyanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti xəbər verib.

Onun gecəni sakit keçirdiyi vurğulanıb.

88 yaşlı pontifik ikitərəfli pnevmoniyadan əziyyət çəkir və bronxospazm səbəbindən təcili tənəffüs yardımı tələb olunub. Bu tənəffüs tutması onun tənəffüs orqanlarının fəaliyyətini daha da pisləşdirib. Papanın ağciyərlərinə qeyri-invaziv süni ventilyasiya tətbiq edilib.

Vatikan mənbələrinin verdiyi məlumata görə, bugünkü tutmanın ümumi klinik mənzərəni nə dərəcədə pisləşdirə biləcəyini anlamaq üçün 24-48 saat tələb olunacaq.


SON XƏBƏRLƏR