Moskva və Vaşinqton arasında nadir torpaq metallarının çıxarılması üzrə birgə layihələrə dair heç bir sənəd imzalanmayıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, iki ölkə arasında qarşılıqlı sanskiyaların hələ də qüvvədə olduğunu xatırladıb: "Xeyr, heç bir sənəd imzalanmayıb. Bilirsiniz ki, sanksiyalar, Amerika şirkətləri üçün məhdudiyyətlər qüvvədədir", - Kremlin sözçüsü vurğulayıb.
Peskov Rusiya və ABŞ bizneslərinin birgə layihələrdə qarşılıqlı marağının iki ölkə arasında münasibətlərdə vəziyyətin yaxşılaşdırılmasının ilkin mərhələsi adlandırıb: "Bu münasibətlərimizin ən aşağı həddə düşdüyü dövrdən sonra yalnız ilkin mərhələdir. Ona görə də vəziyyəti düzəltmək üçün əhəmiyyətli səylər lazımdır".