• Bakı 12° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

"ChatGPT" fala baxdı, 12 illik evlilik DAĞILDI

DÜNYA

30 Aprel 2025 | 14:19

ChatGPT fala baxdı, 12 illik evlilik DAĞILDI

Süni intellekt asistanı “ChatGPT” 12 illik evliliyin bitməsinə səbəb olub.

Bakıvaxt.az xəbər verir ki, hadisə Yunanıstanda baş verib.

Məlumata görə, bir cütlük qəhvə içərkən əyləncə məqsədilə “ChatGPT” vasitəsilə fala baxmağa qərar verib. Onlar fincanlarının şəklini süni intellektə göndəriblər.

“ChatGPT” kişinin həyatında adı “E” hərfi ilə başlayan başqa bir qadının olduğunu bildirib.

Bu cavabdan sonra qadın, iki övladları olmasına baxmayaraq, ərini evdən uzaqlaşdırıb və boşanma üçün məhkəməyə müraciət edib.

Vəkillər isə bildiriblər ki, “ChatGPT” vasitəsilə baxılan fal hüquqi baxımdan boşanma üçün əsas hesab edilə bilməz.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR