• Bakı 12° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Bu şəxs Modinin əvəzinə Hindistanı təmsil edəcək

DÜNYA

30 Aprel 2025 | 14:35

Bu şəxs Modinin əvəzinə Hindistanı təmsil edəcək

Mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd edilməsində Hindistanı təmsil edəcək şəxs açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Məlumata görə, ölkəni Hindistanın müdafiə naziri Racnat Sinq təmsil edəcək.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Hindistanın baş naziri Narendra Modinin mayın 9-da keçiriləcək Qələbə Paradına Moskvaya gəlməyəcəyini bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR