Moskva məhkəməsi "Viber" messencerini 800 min rubl cərimələyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, şirkət Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 13.39-cu maddəsinin 1-ci hissəsinə əsasən, internet xidmətlərinin müəyyən olunmuş tələblərə əməl etməməsi səbəbilə məsuliyyətə cəlb olunub.
Həmin maddəyə əsasən, belə hallarda şirkətlərə 1 milyon rubla qədər cərimə tətbiq oluna bilər.
Nuriyyə Musayeva