Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri Emoməli Rəhmon, Sadır Japarov və Şavkat Mirziyoyev üç respublikanın sərhədlərinin qovuşma məntəqəsi haqqında saziş imzalayıblar.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, mərasim Tacikistanın şimalındakı Suqd vilayətinin inzibati mərkəzi olan Xucandda dövlət başçılarının görüşü çərçivəsində baş tutub.
Eyni zamanda, liderlər əbədi dostluq haqqında Xucənd Bəyannaməsini imzalayıblar.