• Bakı 13° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

70 yaşlı astronavt kosmosda ağrıların azaltdığını iddia etdi

DÜNYA

30 Aprel 2025 | 13:05

70 yaşlı astronavt kosmosda ağrıların azaltdığını iddia etdi

Beynəlxalq Kosmik Stansiyada (BKS) uçuşdan sonra Yerə qayıdan 70 yaşlı NASA astronavtı Donald Pettit kosmosda ağrıların azadığını İddia edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “ArsTechnica” nəşri məlumat yayıb.

Astronavtın sözlərinə görə, kosmosa uçuşdan sonra Yerin cazibə qüvvəsinə qayıtmaq təxribata bənzəyir.

Pettit qeyd edib ki, bir çox yaşlı insanlar kimi o, tez-tez gecələr çiyin ağrısı və ya boyun tutması ilə oyanırdı. Lakin mikroqravitasiya bu narahatlıqların bir qismini aradan qaldırır.

"Yatarkən sadəcə üzürsən və bütün ağrılar sağalır. Özünüzü yenidən 30 yaşında hiss edirsiniz, ağrıdan azad, hər şeydən azadsınız. Buna görə də orbitdə olmağı xoşlayıram", - deyə astronavt bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR