• Bakı 13° C

    4.06 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Ştaynmayer: Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır

DÜNYA

31 Mart 2025 | 15:53

Ştaynmayer: Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır

Bütün Avropa, o cümlədən, Almaniya Cənubi Qafqaz regionunda sabitlik olmasında maraqlıdır.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer martın 31-də İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında bildirib.

Məlumata görə, iki ölkə prezidentləri görüş zamanı digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarına da toxunublar.

“Almaniyada və Avropada hamımız Cənubi Qafqaz regionunda sabitlik olmasında çox maraqlıyıq”, - Ştaynmayer deyib.

O, əldə olunmuş tərəqqini və Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni üzrə razılaşmanı “çox təsiredici” adlandırıb və tərəfləri təbrik edib.


SON XƏBƏRLƏR

01 Aprel 2025