• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Bakıda çanta oğruları saxlanıldı

HADİSƏ

01 Mart 2025 | 16:01 | Müəllif: Gülşən Şərif

Bakıda çanta oğruları saxlanıldı

Səbail rayonu Ə.Əlizadə küçəsində bir nəfərin içərisində 1200 manat pul və mobil telefon olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı V.Hacıyev və 23 yaşlı M.Abdullayeva müəyyən olunaraq saxlanılıblar.

Yasamal rayonu ərazisində də analoji hadisə baş verib. Ayrı-ayrı vaxtlarda rayon sakinlərinin ümumilikdə 2900 manat pul, həmçinin bank kartları və sənədlər olan çantalarını talayan şəxsləri polis əməkdaşları qısa müddət ərzində müəyyən ediblər.

Belə ki, hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 48 yaşlı A.Əhmədov və 40 yaşlı M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilib.

Faktlarla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026