• Bakı 12° C

    4.1 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

TƏBİB Sabirabadda ölən körpələrlə bağlı məlumat yaydı

HADİSƏ

31 Mart 2025 | 13:35

TƏBİB Sabirabadda ölən körpələrlə bağlı məlumat yaydı

TƏBİB Sabirabadda bayram günlərində ölən körpələrlə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə martın 23-də saat 01:20 radələrində 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qram ölü döl xaric olunub.

Növbəti gün isə 1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə saat 01:50 radələrində uşaqlıqda iki dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib. Vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Digər 39-40 həftəlik hamilə olan 2006-cı il təvəllüdlü şəxs isə hospitalizasiya olunub. Doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 min qr. ölü döl xaric olunub.

Qeyd edək ki, hər üç zahının müalicələri tibb müəsisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.


SON XƏBƏRLƏR

01 Aprel 2025