Masallıda tanışını qətlə yetirməkdə təqsirləndirilən İsrafil Cavadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən İsrafil Cavadov 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Xatırladaq ki, hadisə ötən ilin noyabr ayında baş verib. Təqsirləndirilən İsrafil Cavadov Masallı rayonunda birlikdə kirayə qaldığı Siruz Mehdiyevlə spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə düşüb. Mübahisə nəticəsində İsrafil Cavadov Siruz Mehdiyevi bıçaqla qətlə yetirib.
Qeyd edək ki, təqsirləndirilən İsrafil Cavadova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.