Abşeronda oğul anasını qətlə yetirib.
Bakıvaxtı.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Səid Əliyev anası, 1986-cı il təvəllüdlü Rəfiqə Əliyevanı bıçaqla qətlə yetirib.
Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.