• Bakı 22° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Şəmkirdə azyaşlı dərmandan zəhərlənərək ÖLÜB - YENİLƏNİB

HADİSƏ

29 Aprel 2025 | 14:55

Şəmkirdə azyaşlı dərmandan zəhərlənərək ÖLÜB - YENİLƏNİB

Aprelin 28-də saat 21:20 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə 2023-cü il təvəllüdlü ( kişi cinsi) azyaşlı ağır vəziyyətdə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

    "Valideynlərinin dediyinə görə həşəratlar üçün istifadə olunan dərman qəbul edib. Zəruri tibbi xidmətlərin göstərilməsinə baxmayaraq, 28.04.2025-ci il tarixində saat 21: 45-də ölüm faktı qeydə alınıb", məlumatda deyilir.

    ***

    10:45

    Şəmkirdə azyaşlı dərmandan zəhərlənib.

    Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

    2023-cü il təvəllüdlü Turqut Tapdıqov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, azyaşlı xəstəxanada ölüb.

      Məlumata görə, azyaşlı evdə nəzarətiz qalan zaman dərman içib.

      Faktla bağlı araşdırma aparılır.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR