• Bakı 19° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Universitetdə tələbə BIÇAQLANDI - VİDEO - YENİLƏNİB

HADİSƏ

29 May 2025 | 13:06

Universitetdə tələbə BIÇAQLANDI - VİDEO - YENİLƏNİB

Xəzər Universitetində tələbə bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Bakıvaxtı.az-a bildirib ki, bu gün Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:

    "Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır", məlumatda bildirilib.

    Qeyd edək ki, hadisənin Xəzər Universitetində baş verdiyi, bıçaqlanan şəxsin tələbə olduğu bildirilir.

    ***

    12:10

    Xəzər Universitetində tələbələr arasında dava düşüb.

    Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, tələbələrdən biri digərini bıçaqlayıb.

    Hadisə yerinə təcili yardım qrupu və polis əməkdaşları cəlb edilib.

    Yaralı tələbənin xəstəxanaya yerləşdirildiyi bildirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Sentyabr 2026