Sosial şəbəkələrdə təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı yayılan görüntülər araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Bakıvaxtı.az-a bildirib ki, sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb.
Əməli törədən 4 yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət ediliblər. Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib.