• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Masallıda "TIR" aşdı - FOTO

HADİSƏ

31 Mart 2025 | 13:16

Masallıda "TIR" aşdı - FOTO

Ələt-Astara magistralında ağır tonajlı yük avtomobili aşıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralında qeydə alınıb.

    Dağıstan Respublikasına aid olan "TIR" markalı yük avtomobili Astara istiqamətindən Bakı istiqamətinə hərəkətdə olarkən Masallı ərazisində aşıb. Həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər aparılır.

    Polis əməkdaşları tərəfindən sürücülərin alternativ yolla hərəkəti istiqamətləndirilir.

    Qeyd edək ki, yük avtomobili İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları aparırdı.

    Faktla bağlı araşdırma aparılır.


    Masallıda "TIR" aşdı - FOTOMasallıda "TIR" aşdı - FOTOMasallıda "TIR" aşdı - FOTOMasallıda "TIR" aşdı - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Oktyabr 2026