• Bakı 15° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Zelenski Starmerlə görüşdü - YENİLƏNİB

DÜNYA

01 Mart 2025 | 22:34

Zelenski Starmerlə görüşdü - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Bundan əvvəl məlum olub ki, Zelenski Ukraynaya dəstək üçün Avropa liderlərinin sammitində iştirak edəcək.

Onun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

***21:36

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyanın baş naziri Kir Starmer ilə görüşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

Martın 2-də isə Ukrayna lideri Kral III Çarlz tərəfindən qəbul ediləcək.

Bundan əvvəl məlum olub ki, Zelenski Ukraynaya dəstək üçün Avropa liderlərinin sammitində iştirak edəcək.

 

***17:03

Ukrayna prezidenti Vladimir Zelenskinin təyyarəsi şənbə günü Böyük Britaniyaya enib.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, o, sabah Londonda Kiyevə dəstəyi müzakirə etmək üçün yığışan Avropa liderlərinin sammitində iştirak edəcək.

Ukrayna lideri Volodimir Zelenskinin təyyarəsi dünən axşam Ağ Evdə amerikalı həmkarı Donald Trampla  qalmaqallı görüşdən sonra Londona uçub.

Sabah Böyük Britaniyada Zelenskinin iştirakı ilə Ukraynanın təhlükəsizliyinin təminatlarına dair Avropa liderlərinin görüşü keçiriləcək. 

Ağ Evdəki görüşdən sonra Böyük Britaniyanın baş naziri Key Starmer Tramp və Zelenski ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

***

11:30

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra ABŞ-nı tərk edərək İngiltərəyə yollanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri özünün "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, Ukrayna liderinin təyyarəsinin günorta saatlarında İngiltərə paytaxtına enməsi gözlənilir.

Zelenskinin gedişini şərh edən ukraynalı deputat Yaroslav Jeleznyak vəziyyətin möcüzəvi şəkildə yaxşılaşmayacağını və buna ümid etmək lazım olmadığını bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025