• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Tramp, Putin və Zelenskinin üçtərəfli görüşüolacaq? - Rubio AÇIQLADI

DÜNYA

01 Mart 2025 | 09:25

Tramp, Putin və Zelenskinin üçtərəfli görüşüolacaq? - Rubio AÇIQLADI

ABŞ dövlət katibi Marko Rubio Amerika lideri Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşün təşkilindən danışmağı vaxtından əvvəl hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Amerikanın baş diplomatı CNN-in efirində söyləyib.

“Mən düşünürəm ki, bu barədə danışmaq hələ tezdir. <...> Rusiya qarşılıqlı əməkdaşlığa hazırdır, lakin biz bütün aspektləri təhlil etməliyik”, – o bildirib.

Rubio həmçinin qeyd edib ki, bu istiqamətdə iş “kameralar qarşısında və ictimaiyyətə açıq şəkildə” aparılmayacaq.


SON XƏBƏRLƏR

28 Fevral 2025