Ukrayna lideri Volodimir Zelenski ilə gərgin danışıqlardan sonra ABŞ Prezidenti Donald Tramp onun “sülhə hazır olmadığını” deyib.
Bakıvaxtı.az xəbər verir ki, müvafiq paylaşım Amerika liderinin “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
“O, Oval kabinetdə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər”, – dövlət başçısı yazıb.
Qeyd edək ki, iki ölkə prezidentləri arasında danışıqlar çəkişməilə yekunlaşıb.
Görüşü canlı yayımlayan “Associated Press” bunu “Oval kabinetdə açıq antaqonizmin heyrətamiz nümayişi” adlandırıb.
“Tramp Zelenskini ABŞ-yə Ukraynanın qiymətli minerallarına çıxış imkanı verəcək və onu Amerika liderinin şərtləri ilə müharibənin diplomatik həllinə sövq edəcək razılaşma əldə etməyə məcbur etmək səylərini ortaya qoydu”, – nəşr yazıb.