• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

"Neftçi" 10 nəfərlə "Kəpəz"ə qalib gəldi, yarımfinala yüksəldi

İDMAN

28 Fevral 2025 | 21:21

Neftçi 10 nəfərlə Kəpəzə qalib gəldi, yarımfinala yüksəldi

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, 2-ci oyun günündə keçiriləcək 2 cavab matçı ilə son 2 yarımfinalçı da müəyyənləşəcək.

Əvvəlcə "Zirə" "Araz-Naxçıvan"ı qəbul edib. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.

Günün digər matçında isə "Neftçi" "Kəpəz"lə qarşılaşıb. Oyun bakılıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandalar arasında ilk görüşdə də "ağ-qaralar" 2:0 hesablı qələbə qazanıb. 

"Neftçi" növbəti raundda "Sabah"la üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün keçirilən 2 cavab oyunundan sonra "Qarabağ" və "Sabah"ın yarımfinala yüksəldiyi dəqiqləşib.

Azərbaycan kuboku, 1/4 final, cavab oyunları

28 fevral

19:30. “Neftçi” – “Kəpəz” - 1:0

Qol: Bassala Sambu, 27

Qırmızı vərəqə: Bassala Sambu, 61 ("Neftçi")

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov

VAR: Rəvan Həmzəzadə

AVAR: Kamran Bayramov

"Neftçi Arena". 

İlk oyun: 2:0

16:00. “Zirə” – “Araz-Naxçıvan” - 0:2 

Qollar: Felipe Santos, 3-pen; 45-pen.

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Zirə İdman Kompleksinin stadionu

İlk oyun: 0:1.

27 fevral

“Sumqayıt” – “Sabah” - 0:4

İlk oyun: 0:0.

16:00. “Qarabağ” – “Səbail” - 3:1

İlk oyun: 1:0.


SON XƏBƏRLƏR

28 Fevral 2025