• Bakı 17° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

"Ordu"nun kapitanı: "Komandanın çıxışı istədiyimiz kimi alınmadı"

İDMAN

29 Mart 2025 | 17:46

Ordunun kapitanı: Komandanın çıxışı istədiyimiz kimi alınmadı

"Heç nə bitməyib və mövsüm başa çatmayıb. Amma komandanın çıxışı istədiyimiz kimi alınmadı". 

Bakıvaxtı.az-ın məlumatına görə, bunu "Quba"nın basketbolçusu Rüstəm Əliyev deyib. 

Kapitan Azərbaycan Basketbol Liqası ilə bağlı fikirlərini bölüşüb: 

"B qrupunda 1-ci yeri tutacağımıza inanırdım. Ancaq bəzi problemlər buna imkan vermədi. Xüsusilə Ramme Grifinin zədəli olması, legionerlərin səhhətində problemlərin üzə çıxması, rotasiyanın olmaması istər-istəməz oyunumuza təsir etdi və bizi geri saldı.

R.Əliyev özü də zədəsini tam sağaltmadığını söyləyib: "Qarşıda əsas mərhələnin son oyunları, eyni zamanda play-in matçları var. Bu qarşılaşmaları yaxşı keçirib, mövsümü major notlarla başa vurmaq istəyirik".


SON XƏBƏRLƏR

31 Mart 2025