• Bakı C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Dünya və İtaliya çempionu olmuş futbolçu vəfat etdi

İDMAN

28 Aprel 2025 | 00:30

Dünya və İtaliya çempionu olmuş futbolçu vəfat etdi

1962-ci ildə Braziliya yığması ilə dünya çempionu, "İnter"lə dördqat İtaliya çempionu olmuş Jair da Kosta 84 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Jair karyerasının böyük hissəsini İtaliyada keçirib, "İnter" və "Roma"da oynayıb.

Hücumçu millinin heyətində cəmi bir yoldaşlıq oyunu keçirib, lakin 1962-ci ildə dünya çempionatının qalibi olan komandanın üzvü olub.

"İnter"lə braziliyalı 1963, 1965, 1966 və 1971-ci illərdə İtaliya çempionu olub və iki dəfə avrokubok (indiki Çempionlar Liqası) qazanıb. Ümumilikdə Jair Milan komandasının heyətində 260 oyun keçirib və 1965-ci ildə əsas Avropa Kubokunda qələbə qolu da daxil olmaqla 69 qol vurub./oxu.az


SON XƏBƏRLƏR

27 Aprel 2025
26 Aprel 2025